Bu haqda Florida ştatının Səhiyyə Departamentinin nümayəndələri bildiriblər.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Florida ştatının iki sakini martın 6-da korona virusundan ölüb. Beləliklə, ABŞ-da korona virusundan ölənlərin sayı 17-yə çatıb. Bu haqda Florida ştatının Səhiyyə Departamentinin nümayəndələri bildiriblər.
Qeyd edilib ki, pasiyentlər Santa-Roza dairəsinin və Qadsden de Santisin sakinləri olub. Hər ikisinin yaşı 70-dən yuxarı idi və sağlamlıqla bağlı problemləri var idi. Pasiyentlərdən biri yaxın vaxtlarda xaricdə olubmuş.
Bu günə kimi Amerika Birləşmiş Ştatlarında korona virusuna yoluxma ilə bağlı 249 təsdiq edilmiş hadisə qeydə alınıb. Onlar Arizona, Kaliforniya, Kolorado, Florida, Corciya, İllinoys, İndiana, Kentukki, Merilend, Massaçusets, Nevada, Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Tennessi, Texas, Vaşinqton və Viskonsin ştatları sakinləridir.