ABŞ-da işsizlik səviyyəsi 25 faizə qalxa bilər

ABŞ-da işsizlik səviyyəsi 25 faizə qalxa bilər

Milyonlarla amerikalının may-iyun aylarında işsizlik müavinəti üçün müraciət edəcəyi gözlənilir.

Rasthaber Azərbaycan ABŞ KİV-nə istinadən xəbər verir ki, koronavirus pandemiyası üzündən ABŞ-da rəsmi işsizlik səviyyəsi 14.7 faizə qalxıb. Lakin Ağ Ev rəsmiləri bu rəqəmin 25 faizə çatacağını proqnozlaşdırırlar.

İlin ikinci yarısında dirçəlməyə başlamazdan öncə “hazırda gördüyümüz rəqəmlərin pisləşəcəyi gözlənilir,” deyə ABŞ Maliyyə Naziri Steven Mnuçun bildirib.

“Fox News Sunday” verilişində müsahibə verən Mnuçun işsizliyin 25 faizı çata biləcəyini deyib.

Ağ Evin iqtisadi müşaviri Kevin Hassett də rəqəmin 20 faizdən yuxarı qalaxağını istisna etmədiyini bildirib.

Milyonlarla amerikalının may-iyun aylarında işsizlik müavinəti üçün müraciət edəcəyi gözlənilir.

Cümə günü açıqlanmış 14.7% işsizlik 1930-cu illərdə Böyük Depressiya dönəmindən bəri ən yüksəlk göstəricidir.

Steven Mnuçun baş verənlərdə amerikan əməkçilərin və biznesmenlərin heç bir günahının olmadığını bildirib.

“Biz iqtisadiyyatı bağlamışıq,” deyə Mnuçun ABŞ-da otel, səyahət, restoran sənayelərində kütləvi ixtisarların baş verdiyinə diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR