24.12.2021 14:30:23
ABŞ-ın "United Airlines" aviaşirkəti Milad bayramı ərəfəsində işçi çatışmazlığı ilə əlaqədar 100-dən çox reyis təxirə salıb.
Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, işçilərin çatışmazlığı yeni ştammın yayılması ilə əlaqədardır.
Şirkətin məlumatına əsasən, uçuşları təxirə salınan sərnişinlərə digər reyslərlə uçuş təklif olunacaq.