ABŞ-da ikinci gündür koronavirusdan ölənlərin sayı rekord saydadır

ABŞ-da ikinci gündür koronavirusdan ölənlərin sayı rekord saydadır

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan ölüb

ABŞ-da ardıcıl olaraq ikinci sutkadır ki, yeni növ koronavirusa yoluxma nəticəsində rekord sayda ölüm nəticələri qeydə alınır: aprelin 8-nin yekunlarına görə bu göstərici 1973 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, ABŞ-da 430 376 nəfər koronavirusa yoluxub, 14 739 nəfər vəfat edib, 23 707 nəfər isə sağalıb.

Xəbəri paylaş

VİDEOLAR