ABŞ-da hərbi helikopterlər toqquşub

ABŞ-da hərbi helikopterlər toqquşub

ABŞ-ın Alyaska ştatında iki hərbi helikopterin toqquşması nəticəsində 3 əsgərin öldüyü, 1 əsgərin yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Ordusunun 11-ci Hava- Desant Diviziyasından verilən yazılı açıqlamada, qəzanın iki ''AH-64 Apache'' tipli helikopterin təlim uçuşundan döndüyü zaman baş verdiyi bildirilib.
Heali bölgəsində baş verən qəzada əsgərlərdən ikisinin hadisə yerində, digər əsgərin isə xəstəxanaya aparılarkən dünyasını dəyişdiyi vurğulanıb.
Qəza nəticəsində yaralanan əsgərin Fairbanks Memorial Hospitalında müalicə olunduğu qeyd edilib.
11-ci Hava Desant Diviziyasının komandiri general-mayor Brayan Eyfler deyib: “Bu, əsgərlərin ailələri, onların əsgər yoldaşları və diviziya üçün böyük itkidir”.

Xəbəri paylaş

VİDEOLAR