ABŞ-da Fələstinə dəstək nümayişi keçirilib

ABŞ-da Fələstinə dəstək nümayişi keçirilib

ABŞ-ın paytaxtı Vaşinqton və Nyu-Yorkda fələstinlilərə dəstək nümayişləri keçirilib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda fələstinlilərə dəstək nümayişi keçirilib.

Ağ Evin qarşısına toplaşan nümayişçilər “Yaşasın inqilab”, “Azad Fələstin” kimi şüarlar səsləndiriblər. Nümayişçilər əllərində İsrail tərəfindən öldürülən fələstinlilərin şəkilləri olan çəhrayı ürəklər daşıyıblar.

Nyu Yorkda da Fələstinə dəstək nümayişi keçirilib. Nyu-York bölgəsində fəaliyyət göstərən Fələstin tərəfdarı qeyri-hökumət təşkilatlarının (QHT) təşkil etdiyi nümayişə minlərlə insan qatılıb və "Hər kəs Fələstinə" çağırışı edib.

Tayms meydanına toplaşan hər təbəqədən olan nümayişçilər əllərində bayraq və pankartlarla Fələstinə dəstək mesajı veriblər.

Nümayişçilər “Fələstinə azadlıq” şüarını səsləndirərək, əllərində “Fələstinə dəstək, işğala son”, “Müqavimət haqlıdır” və “ABŞ-ın aparteid İsrailə yardımını dayandırın” yazılı plakatlar tutublar.

Xəbəri paylaş

VİDEOLAR