ABŞ-da təyyarə Kaliforniyada anbar kimi istifadə edilən binaya çırpılıb. Zərbə nəticəsində yanğın baş verərkən, 1 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Fullerton bölgəsində kiçik təyyarənin anbar kimi istifadə edilən binaya çırpılması nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Fullerton polisinin sözçüsü Kristy Wells hadisə yerinə polis və yanğınsöndürənlərin gəldiyini, yanğına müdaxilə etdiyini və ətrafdakı müəssisələri evakuasiya etdiyini bildirib.
Wells, təyyarənin tipinin hələ məlum olmadığını və yanğının tikiş maşınları və tekstil ehtiyatlarının yerləşdiyi anbara ziyan vurduğunu izah etdi.
Açıqlamada bildirilib:
"Polis və xilasetmə qrupları araşdırmalarını davam etdirir. 9 nəfər xəstəxanaya çatdırılıb, 6 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib və evə buraxılıb. Birinin öldüyü təsdiqlənib".