Güclü fırtına ABŞ-ın Tenessi ştatında 100 mindən çox istehlakçını elektriksiz qoyub
Rasthaber Azərbaycan-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə yerli "Nashville Electric" enerji şirkəti saytında xəbər yayıb.
Bildirilir ki, bərpa işləri iki həftə çəkə bilər. Ştatda baş verən fırtınalar şirkətin tarixində ən böyük elektrik kəsilməsinə səbəb olub. Hazərda 400 mindən çox istehlakçının 130 mininə elektrik enerjisinin verilməsi bərpa olunub.
Koronavirusun yayılması zədələnmiş elektrik xətlərini təmir etmək üçün kifayət qədər işçi ayırmağı çətinləşdirir.
"Bərpa işləri fərdi vəziyyətlərdən asılıdır. Bəzi yerlərdə elektrikin kəsilməsi bir və ya iki həftə davam edə bilər", - "Nashville Electric"in məlumatında deyilir.
Media bir çox evə də ciddi ziyan dəydiyini bildirir.