Hyuston şəhərində bir sənaye sahəsinə aid binada partlayış baş verib
ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir sənaye sahəsinə aid binada partlayış olub.
Rasthaber Azərbaycanın Trend-ə istinadən məlumatına görə, partlayışda iki nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.
Patlayışdan sonra ərazidə meydana gələn yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Hyuston polis idarəsi partlayışın səbəbinə dair araşdırmaların 3-4 gün davam edəcəyini deyib.