ABŞ-a məxsus "F-35A" tipli qırıcı təyyarə Florida ştatında qəzaya uğrayıb.
Rasthaber Azərbaycan trt-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Hava Qüvvələrinə məxsus "F-35A" tipli qırıcı təyyarə Florida ştatında qəzaya uğrayıb.
Florida ştatındakı Eglin Hərbi Hava Qüvvələrindən verilən açıqlamada 58-ci donanmaya məxsus "F-35A" qırıcısının müntəzəm uçuş zamanı yerli vaxtla saat 21:30 radələrində eniş edərkən qəzaya uğradığı bildirilir. Təyyarə pilotunun oturacağının avtomat olaraq atılması üsulu ilə xilas olunduğu və qəza ilə bağlı istintaqa başlanıldığı bildirilib.
Ötən həftə eyni bazadan çıxan "F-22 Raptor" tipli qırıcı təyyarə də havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. ABŞ Hava Qüvvələrinin ən bahalı təyyarələrinin eyni qaydada qısa müddət ərzində qəzaya uğraması diqqət çəkib.