Corc Floydu dizi ilə boğaraq öldürən polis әmәkdaşı Derek Şovin həbs edilib.
Rasthaber Azərbaycan Trthaber-ə istinadən xəbər verir ki, Amerika Birlәşmiş Ştatlarında qaradərili Corc Floydu dizi ilə boğaraq öldürən polis әmәkdaşı Derek Şovin həbs edilib.
Bu barәdә Minnesota Tәhlükәsizlik Departamentinin müdiri Con Harrinqton mәlumat verib.
Dәlәduzluqda ittiham olunan Corc Floydu dizi ilә boğaraq öldürәn polis әmәkdaşı vә hadisәyә şahidlik edәn üç polis işdәn azad edilib.
Derek Şovinin həbs edilməsi və qaradərili vətəndaşlara düşmən münasibətə son verilməsi üçün Minnesota daxil olmaqla, ABŞ-ın bir sıra əyalətlərində etiraz aksiyaları keçirilib.
Qeyd edәk ki, Minnesota әyalәtindә komendant saatı elan edilib.