Yüzlərlə amerikalı etirazçı Vaşinqton ştatının Tacoma limanına toplaşaraq, işğal olunmuş ərazilərə göndəriləcək Amerika silahlarının yüklənməsinə etiraz edib.
Az.rasthaber.com xəbər verir ki, yüzlərlə amerikalı etirazçı Vaşinqton ştatının Tacoma limanına toplaşaraq, işğal olunmuş ərazilərə göndəriləcək Amerika silahlarının yüklənməsinə etiraz edərək, gəminin bu limandan çıxışını bağlayıblar.
Qəzza müharibəsində fələstinlilərin hüquqlarını dəstəkləyən bir qrup etirazçı Amerikanın Vaşinqton əyalətində yerləşən Tacoma limanında işğal olunmuş ərazilərə hərbi silah göndərmək üçün bir Amerika gəmisinin silah yükünün yüklənməsi zamanı toplaşaraq bu hərəkətin qarşısını almaq üçün etiraz şüarları səsləndiriblər.
“Newsweek” xəbər verir ki, etirazçılar səhər çox erkən, saat 5 radələrində toplaşaraq “gəmini dayandırın” şüarları səsləndirərək Təl-Əvivə hərbi silah göndərmək üçün gəmiyə yüklənməsinin qarşısını alıblar.