ABŞ-da epidemiyaya qarşı İslam Peyğəmbərinin hədisləri plakatlara vuruldu

ABŞ-da epidemiyaya qarşı İslam Peyğəmbərinin hədisləri plakatlara vuruldu

ABŞ-da koronavirusa qarşı mübarizədə Məhəmməd peyğəmbərin hədisi istifadə olunur

ABŞ-ın Çikaqo şəhərində "COVID-19" ilə mübarizə çərçivəsində Məhəmməd peyğəmbərin epidemik xəstəliklər haqqındakı hədisləri reklam lövhələrində yayımlanıb. Lövhədə həzrət Məhəmmədin "Bir yerdə vəba və bənzər hər hansı yoluxucu xəstəlik olduğunu eşitdiyiniz zaman o yerə girməyin.

Olduğunuz yerdə belə yoluxucu xəstəlik varsa, oradan da çıxıb qaçmayın", - hədisi koronavirus pandemiyasına qarşı istifadə olunub.

Reklam lövhəsində "Əllərinizi tez-tez yuyun. Epidemik xəstəliklər olan yerlərə getməyin. Olduğunuz yerdə epidemik xəstəlik varsa, oranı tərk etməyin", - sözləri yazılıb. Qeyd edək ki, ABŞ-da "COVID-19"a yoluxanların sayı 784 min 201-ə, virusdan ölənlərin sayı isə 41 min 837-yə çatıb.

/eastnews/

Xəbəri paylaş

VİDEOLAR