ABŞ-da "Covid-19" fırıldağı

ABŞ-da

ABŞ-da 371 nəfərə qarşı "Covid-19” epidemiyası ilə əlaqədar fırıldaqçılıq" ittihamı ilə 836 milyon dollardan çox məbləğlik ittihamnamə hazırlanıb.

Az.rasthaber.com xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilib: “Dələduzluqla mübarizə məqsədilə iki yeni bölmə yaradıldı. Onlar “Covid-19” epidemiyası ilə bağlı korrupsiyaya qarşı mübarizə aparacaq. Artıq 371 nəfərə qarşı “Covid-19” epidemiyası ilə bağlı dələduzluq” ittihamı qaldırılıb. 119 müttəhim təqsirini etiraf edib, onlardan bəziləri mühakimə olunub. Məhkəmə qərarı ilə təqsirləndirilənlərin 57 milyon dollardan çox vəsaiti sahiblərinə qaytarılıb. 117 məhkəmə işi araşdırılır”.

Ədliyyə naziri Merrik Qarland bu günə qədər “Covid-19” yardım fondundan oğurlanmış 1,4 milyard dollardan çox vəsaitə görə ölkə daxilində 3000-dən çox adamın mühakimə olunduğunu bildirib: “İttihamnamə açıq bir mesajdır. "Covid-19” bitmiş ola bilər, lakin Ədliyyə Nazirliyi epidemiya ilə bağlı fırıldaqları araşdırmağa davam edir”.

Qeyd edək ki, ABŞ-da epidemiya zamanı “Covid-19” yardım fondunun 280 milyard dollardan çoxu oğurlanıb, 123 milyard dollardan çox vəsait isə israf edilib.

Xəbəri paylaş

VİDEOLAR