ABŞ-da bir nəfər 8 nəfəri bıçaqladı

ABŞ-da bir nəfər 8 nəfəri bıçaqladı

ABŞ-ın Kolorado ştatında səkkiz nəfəri soyuq silahla yaralayan şəxs tutulub.

Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, saxlanılan kişi üç fərqli yerdə insanlara hücum edib və xəsarət yetirdiyi şəxslər tərəfindən saxlanılıb.

Qeyd olunub ki, yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanalara aparılıb.

Polisin bildirdiyinə görə, bıçaqla edilən hücum sistemli şəkildə olmayıb. Belə ki, saxlanılan şəxslə xəsarət alanların tanış olduğuna dair heç bir dəlil yoxdur.

Hüquq mühafizə orqanlarının əməkdaşları istintaqın gedişatından asılı olaraq caninin ad və soyadını açıqlayacaqlarını bəyan ediblər. 

Xəbəri paylaş

VİDEOLAR