ABŞ-da atışma: Ən azı 22 nəfər ölüb

ABŞ-da atışma: Ən azı 22 nəfər ölüb

ABŞ-ın Men ştatında silahlı hücum nəticəsində azı 22 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Auburn Bələdiyyə Başçısı Ceyson Leveske verdiyi açıqlamada hadisə ilə əlaqədar məktəblərin bağlandığını və səlahiyyətlilərin Lewistonda silahlı hücumda şübhəli bilinən şəxsi axtardığını bildirib.

Bundan əlavə, Androskoqqin qraflığının şerif ofisi şübhəlinin əlində tüfənglə atəş açarkən iki fotosunu sosial mediada paylaşıb və yerli sakinləri onun şəxsiyyətinin müəyyən edilməsi və tutulması üçün köməyə çağırıb.

Təhlükəsizlik kamerası görüntülərində qəhvəyi palto və qara şalvarda olan şübhəlinin əlində uzun lüləli silahla insanları hədəfə aldığı görülüb.

Xəbəri paylaş

VİDEOLAR