ABŞ Bağdaddakı səfirliyini tam bağlamağı planlaşdırır

ABŞ Bağdaddakı səfirliyini tam bağlamağı planlaşdırır

Pompeo İraq prezidenti Saleh Bərham və Baş naziri Mustafa əl-Kazımiyə bildirib.

Rasthaber Azərbaycan Usa Today-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İraq hökumətini ABŞ-ın Bağdaddakı səfirliyini tam şəkildə bağlamağı planlaşdırması barədə məlumatlandırıb.

Qeyd edilir ki, ABŞ dövlət katibi Mayk Pompeo bu barədə İraq prezidenti Saleh Bərham və Baş naziri Mustafa əl-Kazımiyə bildirib.

Həmçinin bildirilir ki, ABŞ-ın İraqdakı səfiri Metyu Tyuller İraq XİN başçısı Fuad Hüseynə deyib ki, siyasi qərarı Tramp qəbul edib.

Xəbəri paylaş

VİDEOLAR