ABŞ aviabazasında iki pilotun meyiti tapılıb

ABŞ aviabazasında iki pilotun meyiti tapılıb

Amerika hərbi bazasında cəsədləri tapılan 20 yaşlı iki hərbçinin ölüm səbəbini araşdırılır

ABŞ Hərbi Hava Qüvvələri keçən həftə Qərbi Almaniyadakı Amerika hərbi bazasında cəsədləri tapılan 20 yaşlı iki hərbçinin ölüm səbəbini araşdırır.

Rasthaber Azərbaycan APA-a istinadən xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Birinci dərəcəli pilot Ksavier Liphart və Aziss Uaytherst 9 yanvarda “Spangdahlem” aviabazasındakı yataq otağında ölmüş vəziyyətdə tapılıb.

“Ölüm səbəbi hələ araşdırılır. Əlavə məlumat olduqdan sonra açıqlanacaq”, - Hərbi Hava Qüvvələrinin mətbuat katibi Valeri Sili belə deyib.

O əlavə edib ki, ümumi otaqda bazanın başqa üzvləri olmayıb və pilotların hər ikisinin də otaq yoldaşları yoxdur.

Xəbəri paylaş

VİDEOLAR