Abdullahiyandan ABŞ-da tələbələrə qarşı zorakılığa reaksiya

Abdullahiyandan ABŞ-da tələbələrə qarşı zorakılığa reaksiya

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün X sosial media hesabında ABŞ universitetlərində İsrail rejiminin soyqırımı və hərbi cinayətlərinə etiraz edən tələbələrə polisin təzyiqi və zorakılığına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əmir Əbullahiyanın paylaşımında aşağıdakı ifadələr yer alıb:

“ABŞ universitetlərində İsrail rejiminin soyqırımı və hərbi cinayətlərinə etiraz edən professor və tələbələrə qarşı polis zorakılığı dünya ictimai rəyini dərindən narahat edir.

Bu zorakılıq Vaşinqtonun İsrail rejiminə davamlı dəstəyinə uyğundur və ABŞ administrasiyasının ifadə azadlığı ilə bağlı ikili siyasətini və ziddiyyətli davranışını nümayiş etdirir.

On minlərlə fələstinli qadın və uşağa qarşı törədilən soyqırımdan sonra, xüsusən də Qəzza zolağında Nasser xəstəxanasında kütləvi məzarlıqların aşkarlanmasından sonra İsrail rejiminə və onun havadarlarına qarşı qlobal nifrət dalğasını gizlətmək olmaz.

Ağ Ev dərhal İsrail rejiminin hərbi cinayətlərini dəstəkləməyi dayandırmalı və cavabdeh olmalıdır”.

Xəbəri paylaş

VİDEOLAR