Abdullahiyan: Terror təhdidi İran və Türkiyənin ortaq narahatlığıdır

Abdullahiyan: Terror təhdidi İran və Türkiyənin ortaq narahatlığıdır

İraqın Kürdüstan bölgəsindən və Əfqanıstan gələn terror təhdidi İran və Türkiyənin ortaq narahatlığıdır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, terrorla mübarizə bu iki dövlətin təbii haqqıdır.

“Yaxşı" və ya "pis terror" deyə bir şey yoxdur. Biz Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi qəbul edirik”, - deyə iranlı nazir vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR