Abdullahiyan Taliban hökumətindən açıqlama istəyib

Abdullahiyan Taliban hökumətindən açıqlama istəyib

“Əfqanıstanı idarə edən hakimiyyət İranın diplomatik nümayəndəliklərinə hücum barədə açıqlama verməlidirlər.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İran XİN rəhbəri ölkəsinin Kabil və Hərat şəhərlərində olan rəsmi nümayəndəliklərinin rəhbərlərilə telefon təması zamanı, ötən gün səfirlik və konsulluqlara edilən hücumu qınayıb və Taliban hökumətindən açıqlama istəyib.

İranın xarici işlər naziri Əfqanıstanın məsuliyyət daşıdığı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməməsindən narazılığını ifadə edib.

Əmir Abdullahiyan Çinə səfəri zamanı Əfqanıstandakı müvəqqəti hakimiyyətin xarici işlər naziri vəzifəsini icra edən rəsmisi ilə apardığı danışıqlara toxunaraq vurğulayıb ki, İran İslam Respublikasının diplomatik nümayəndəliklərinin tam təhlükəsizliyinin təmin edilməsi Əfqanıstanın hazırkı hakimiyyətinin üzərinə düşür.

İranın xarici işlər naziri əlavə edib: Bu məsələdə ümumi və ortaq düşmənlərin məkrli planlarına qarşı diqqətli olmalıyıq.

Xəbəri paylaş

VİDEOLAR