İranın xarici işlər naziri bildirib ki, İran İslam Respublikası Livanın sionist rejimə qarşı müqavimətini dəstəkləyir.
Cümə günü Livanın paytaxtı Beyruta səfəri zamanı Əmir Abdullahiyan bu ölkənin cənubuna və Livanın işğal olunmuş Fələstinlə sərhədinə səfər edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livan və işğal altındakı Fələstin Marun ər-Ras adlı sərhədinin sıfır nöqtəsində keçirdiyi mətbuat konfransında İranın region və müqavimət cəbhəsi məsələləri ilə bağlı mövqeyini açıqlayıb.
Açıqlamasında Əmir Abdullahiyan deyib: “Bu gün Fələstin və Livanın müqaviməti ən güclü və ən yaxşı vəziyyətdədir, digər tərəfdən isə sionist rejim ən pis və böhranlı halını yaşamaqdadır.”
İranın xarici işlər naziri daha sonra:” Livanın müqaviməti sübut etdi ki, sionistlər ancaq güc dilini başa düşürlər” deyə sözünə davam edib.
Təl-Əvivin hərəkətlərinin sionist rejimin təcrid olunmasına səbəb olacağına işarə edən Əmir Abdullahiyan deyib: “İranın siyasi həlli bütün fələstinlilər arasında demokratik referendum keçirməkdir.”
Daha sonra cənab Abullahiyan çıxışında bildirib ki, “İran İslam Respublikası region üçün firavanlıq, yaxşılıq və təhlükəsizlikdən başqa bir şey istəmir.”
Qeyd edək ki, Əmir Abdullahiyan və Seyid Həsən Nəsrullah regiondakı son hadisələri, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair son razılaşmanı və bunun region ölkələrinə təsirini, Livandakı son hadisələri və Fələstində mövcud vəziyyəti müzakirə ediblər..