Abbas: Tarixə Qüdsü satan biri kimi düşən deyiləm

Abbas: Tarixə Qüdsü satan biri kimi düşən deyiləm

Əsrin sazişilə bağlı Mahmud Abbasdan yeni açıqlama

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrail baş naziri Beynamin Netanyahu ilə birlikdə açıqladığı “Əsrin sazişi”nə qarşı Fələstin Dövlətinin rəhbəri Mahmud Abbasdan yeni açıqlama gəlib.

Ərəb Birliyinin fövqəladə iclasına qatılmaq üçün Misirin paytaxtı Qahirədə olan Mahmud Abbas şənbə günü yeni açıqlama verib.

O “Trampın “Əsrin sazişi” planını rədd edirəm. Tarixə Qüdsü satan və ya ondan vaz keçən biri olaraq düşən deyiləm. ABŞ artıq Fələstin üçün dost bir ölkə deyil. Trampla görüşü də rədd etdim.”, -deyə bildirib.

 Abbas ərəblərə müraciət edərək deyib:“Fələstin məsələsini dondurmağa yönəlmiş bu plana qarşı ərəblərin ortaq tutumu olmalı və 2012-ci ildəki Ərəb Sülh cəhdinə sadiq qalınmalıdır.”

Qeyd edək ki, 2002-ci ildə Livanın paytaxtı Beyrutda qəbul edilən “Ərəb Sülh cəhdi”nin  bəndində 1967 sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini qəbul etmədikcə İsraillə əlaqələrin normallaşmasını rədd edilməsi elan olunmuşdu.

Xəbəri paylaş

VİDEOLAR