9 milyondan çox suriyalı ərzaq qıtlığı yaşayır

9 milyondan çox suriyalı ərzaq qıtlığı yaşayır

Bu haqda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.

Rasthaber Azərbaycan "Anadolu Ajans"a istinadən xəbər verir ki, Suriyada 9,3 milyon mülki vətəndaş ərzaq qıtlığından əziyyət çəkir, məktəb yaşındakı 2,45 milyon uşaq isə təhsildən məhrumdur.

Bu haqda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.

O deyib ki, 1,6 milyon uşaq və yeniyetmə də təhsildən məhrum olma riski ilə üzləşib.

Suriyadakı müharibəinin artıq 9 ildir davam etdiyini qeyd edən Loukok bildirib ki, bu zaman Birinci və İkinci dünya müharibələrinin müddəti ilə eynidir.

BMT rəsmisi əlavə edib ki, müharibə təkcə Suriyaya yox, həm də ümumilikdə regiona dağıdıcı təsir göstərdi.

Hazırda suriyalıların koronavirus infeksiyası ilə də mübarizə aparmalı olduğunu deyən Loukok bildirib ki, ölkə iqtisadiyyatı çox çətin vəziyyətdədir.

Xəbəri paylaş

VİDEOLAR