ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artmaqda davam edir.
Jurnalist Şaril Attkissonun proqramında iştirak edən Donald Tramp qarşıdan gələn prezident seçkiləri gündəmini dəyərləndirib.
Attkisson Trampdan seçkiləri uduzacağı təqdirdə 2028-ci il prezident seçkilərinə daxil olmağı düşünüb-düşünməyəcəyini soruşub.
Hər kəsi maraqlandıran bu suala Tramp belə cavab verib: "Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, bu qədər olacaq. Amma uğur qazanacağımıza ümid edirəm".
78 yaşlı Tramp fikrini dəyişsə, seçkiləri uduzsa və növbəti prezident seçkilərinə qatılsa, 2028-ci ildə onun 82 yaşı tamam olacaq.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp Ağ Evdəki kürsüyə çıxmaq üçün demokrat rəqibi Kamala Harrislə yarışacaq.