700 min fələstinlinin əsas xidmətlərə çıxışı yoxdur

700 min fələstinlinin əsas xidmətlərə çıxışı yoxdur

Qəzza zolağının şimalındakı Qəzza şəhərinə bir litr yanacaq belə daxil olmadığı və bölgədəki 700 min fələstinlinin əsas xidmətlərdən istifadə edə bilmədiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Bələdiyyə başçısı Yəhya Serrac şəhərdə dağıntıların böyük olduğunu və problemlərin davam etdiyini açıqlayıb.

Qəzza zolağının şimalında təxminən 700 min insanın əsas xidmətlərə ehtiyacı olduğunu vurğulayan Serrac təcili yardım və axtarış-xilasetmə qruplarının fəaliyyət göstərə bilməsi üçün yolların açılmasının, quyular və stansiyaların işə salınmasının, zibillərin təmizlənməsinin vacibliyini dilə gətirib.

Serrac bu xidmətləri göstərmək üçün yanacağa ehtiyac duyduqlarını, lakin indiyə qədər Qəzza şəhərinə bir litr yanacaq belə daxil olmadığını bildirib.

Bələdiyyə başçısı xüsusilə şimal rayonlarında ərzağa, suya və elektrik enerjisinə təcili ehtiyac olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR