700 milyon insan sı qıtlığından əziyyət çəkir

700 milyon insan sı qıtlığından əziyyət çəkir

43 ölkədə 700 milyona yaxın insan su çatışmazlığından əziyyət çəkir.

Rasthaber xəbər verir ki, 2,7 milyard insan isə ildə azı 1 ay su çatışmazlığı yaşanan regionlarda yaşayır.

Ümumdünya Vəhşi Təbiət (WWF) fondunun məlumatlarına görə, içməli su dünya su ehtiyatlarının cəmi 2,5 faizini təşkil edir. Üstəlik içməli su ehtiyatlarının 70%-i buzlaqlardadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 785 milyon insanın içməli suya çıxışı yoxdur, 144 milyon insan isə təmizlənməmiş su istifadə edir.

Azı 2 milyard insan isə kanalizasiya axınları ilə qarışmış sudan istifadə edir ki, bu da vəba, dizenteriya, tif və poliomiyelit kimi xəstəliklərin yayılması təhlükəsinə səbəb olur.

BMT-in məlumatına görə, dünyadakı su istifadəsi 6 dəfə artıb və bu göstərici artmağa davam edir.

Mütəxəssislərin proqnozlarına əsasən, 2050-ci ildə insanların 40%-ə qədəri su çatışmazlığından əziyyət çəkəcək.

Xəbəri paylaş

VİDEOLAR