Ukraynalıların Almaniyaya girişində problemlər yaşanır.
Az.rasthaber.com xəbər verir ki, alman mətbuatının məlumatına görə, ölkə ərazisinə girişdə Ukrayna vətəndaşlarına kütləvi şəkildə rədd cavabı verilir.
Bildirilib ki, 2024-cü ilin başlanğıcından 5 935 ukraynalı Almaniyaya buraxılmayıb.
Qeyd edilir ki, Almaniyada yaşamaq hüququ olmayan və ya bu hüquqdan məhrum edilmiş ukraynalıların girişinə "stop" qoyulub.
Həmin müddət ərzində 4 708 suriyalı və 2 396 əfqanın da ölkəyə daxil olmasına icazə verilməyib.