45 il sonra bir ilk: İran və Misir prezidentləri görüşüb

45 il sonra bir ilk: İran və Misir prezidentləri görüşüb

45 il ərzində ilk dəfə İran və Misir prezidentləri bir araya gəlib.

Az.rasthaber.com xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi ilə misirli həmkarı Əbdülfəttah Sisi arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçirilib.

Qəzza hadisələrinin gündəmdə olduğu görüşdə prezidentlər İran və Misir arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər.

Qeyd edək ki, sonuncu dəfə iki ölkənin liderləri 1979-cu ildə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR