39 fələstinli girov azad edilib

39 fələstinli girov azad edilib

Dörd günlük müvəqqəti atəşkəs başlayandan sonra sionist İsrail 39 fələstinli girovu azad etmək üçün İordan çayının qərb sahilindəki Ofer həbsxanasına köçürüb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim mediasının məlumatına görə, dörd günlük müvəqqəti atəşkəsin başlamasından sonra İsrail 39 fələstinli girovu azad etmələri üçün İordan çayının qərb sahilindəki Ofer həbsxanasına köçürüb.

Xəbərdə fələstinli məhbusların Qəzzada sionist əsirlərin ələ keçirilməsindən təxminən 2 saat sonra azad ediləcəyi bildirilib.

Təl-Əviv və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 Noyabr Cümə günü səhər saat 07:00-da (GMT 08:00) qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail həbsxanalarında olan 150 fələstinli məhbus HƏMAS-ın saxladığı 50 sionist məhbusun əvəzində azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

Xəbəri paylaş

VİDEOLAR