31 ərəb və islam ölkəsi Netanyahunun Böyük İsraillə bağlı açıqlamalarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, 31 ərəb və islam ölkəsi, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri İsrailin baş naziri Binyamin Netanyahunun Böyük İsraillə bağlı bəyanatlarını pisləyərək, bunu ərəblərin milli təhlükəsizliyi və ölkələrin suverenliyinə birbaşa təhdid adlandırıblar.
İordaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad, Komor adaları, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, Küveyt, Livan, Liviya, Maldiv adaları, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Syerra-Leone, Somali, Sudan, Suriya, Türkiyə, BƏƏ və Yəmən xarici işlər nazirləri Ərəb Liqasının Baş Katibi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi və Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə birlikdə İsrailin baş naziri Binyamin Netanyahunun Böyük İsraillə bağlı səsləndirdiyi bəyanatları kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar.