3 Avropa ölkəsinin birgə bəyanatı və İranın İsrailə cavab verməsindən qorxusu

3 Avropa ölkəsinin birgə bəyanatı və İranın İsrailə cavab verməsindən qorxusu

İngiltərə, Almaniya və Fransa bazar ertəsi birgə bəyanatla çıxış edərək İrandan sionist rejimə hücumdan çəkinməsini istəyiblər. Bu üç ölkənin fikrincə, İranın hücumu gərginliyi artıracaq və atəşkəs ehtimalını məhv edəcək.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, İngiltərə hökuməti tərəfindən bazar ertəsi dərc edilən İngiltərə, Fransa və Almaniyanın birgə bəyanatında, bu ölkələr İrana müraciət etməklə yanaşı bildirdilər ki, müharibə indi başa çatmalı və hələ də saxlanılan bütün əsirlər azad edilməlidir. Bəyanatda həmçinin qeyd olunub ki, Qəzzə əhalisi “yardımların dərhal və məhdudiyyətsiz çatdırılması və paylanmasına” ehtiyac duyur.

İranın şəhid İsmayıl Həniyyənin terror edilməsinə qaçılmaz cavabı və Livanın İslami müqavimətinin yüksək rütbəli komandirlərdən olan şəhid Fuad Şükürün terror edilməsinə reaksiyası sionist rejimin təşviş və psixoloji sarsıntısını günü-gündən artırır.

Xəbəri paylaş

VİDEOLAR