232 Vətəndaş Cəmiyyəti Təşkilatı İsrailə silah satışını dayandırmağa çağırıb

232 Vətəndaş Cəmiyyəti Təşkilatı İsrailə silah satışını dayandırmağa çağırıb

F-35 qırıcılarının istehsalı və satışı ilə məşğul olan ölkələrdə fəaliyyət göstərən 232 qeyri-hökumət təşkilatı (QHT) "F-35 proqramı"nda iştirak edən hökumətləri sionist İsrailə bütün silah və hissələrin tədarükünü dayandırmağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, sözügedən 232 vətəndaş cəmiyyəti təşkilatı soyqırımçı İsrailin Qəzza və İordan çayının qərb sahilində beynəlxalq hüququ pozduğu, insan haqlarını tapdaladığını əsas gətirərək birgə bəyanat yayıb.

Qatil İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumların dağıdıcı təsirlərinə diqqət çəkən bəyanatda, F-35-lər də daxil olmaqla, İsrailə bütün silah və hissələrin satışının dərhal dayandırılması çağırışı edilir.

Bəyannamədə sionist İsrailin F-35 döyüş təyyarələrindən istifadə edərək Qəzza və İordan çayının qərb sahilində insan tələfatına səbəb olduğu vurğulanıb və fələstinlilərə qarşı insan haqlarının pozulmasına işarə edilib.

Vətəndaş cəmiyyəti təşkilatları Silah Ticarəti Müqaviləsinə üzv olan ölkələrin beynəlxalq insan haqları qanunlarını poza biləcək hərbi materialları birbaşa və ya dolayı yolla almamalı olduqlarını vurğuladılar.

Açıqlamada F-35 proqramına daxil olan ölkələrin silah tədarükünə nəzarəti effektiv şəkildə həyata keçirə bilmədikləri vurğulanıb və ölkələrin ya bu tələbləri həyata keçirmək istəmədiyi, ya da qanunları “seçilmiş şəkildə” tətbiq etməyə üstünlük verdiyi qeyd edilib.

Açıqlamada F-35 proqramına daxil olan ölkələrin Soyqırım Konvensiyasını ratifikasiya etdiyinə diqqət çəkilərək, bu ölkələrin bu konvensiya çərçivəsində soyqırımın “qarşısının alınması və cəzalandırılması” öhdəliyi götürdükləri xatırladılıb.

Xəbəri paylaş

VİDEOLAR