23 ildir axtarışda olan İsrail casusu Beyrut aeroportunda həbs edildi

23 ildir axtarışda olan İsrail casusu Beyrut aeroportunda həbs edildi

Bu barədə Livan hüquq-mühafizə orqanları məlumat yayıb

Az.rasthaber.com xəbər verir ki, Livan İctimai Təhlükəsizlik Təşkilatı cümə günü İsrail ejimi adına casusluqda qiyabi təqsirli bilinən Livan vətəndaşı Emin Məhəmməd Biruzun Beyrut Hava Limanında həbs edildiyini açıqlayıb.

Verilən açıqlamada sözü Biruzun ABŞ vətəndaşlığı da olduğu qeyd edilib.

Onun işğal rejimi İsrail lehinə casusluq etmək və terrorçu fəaliyyətlərinə görə axtarışda olduğu da önə çəkilib.

Livan İctimai Təhlükəsizlik Təşkilatı  İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığına görə,  Emin Məhəmməd Biruza 12 İyun 1998-ci ildə qiyabi olaraq 10 il həbs cəzası verildiyini də bildirib.

Xəbəri paylaş

VİDEOLAR