2021-ci ildə dünyanın ən təhlükəli 10 təbii fəlakəti ölkələrin iqtisadiyyatına 170 milyard ABŞ dollarından çox ziyan vurub.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, ötən il təbii fəlakətlərin vurduğu zərər 150 milyard ABŞ dollarını ötməmişdi. On təbii fəlakətdən üçü ABŞ və Avropada baş verib. Ən güclü fırtına avqust ayında, ABŞ-ın cənub və şərqini vuran “İda” qasırğası olub. Qasırğadan dəyən ziyan 65 milyard ABŞ dolları təşkil edib.
İkinci yerdə iyul ayında Avropada baş verən daşqınlar - 43 milyard ABŞ dolları, üçüncü yerdə isə fevralda, Texasda baş verən qar fırtınası qərarlaşıb. Qar fırtınası Texası 23 milyard ABŞ dollar ziyana salıb.