Tbilisi Bələdiyyəsi 2020-ci ilin büdcəsini təsdiq edib
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, Tbilisi meri 2020-ci ilin büdcəsində prioritet olaraq şəhər sakinlərinin firəvanlığına diqqət ediləcəyini bildirib.
Vitse-mer İrakli Xmaladze bildirib ki, şəhərin büdcəsi 1 milyard, 20 milyon lari olacaq. Buna baxmayaraq əlavə olaraq müəyyən komponentlər də əlavə ediləcək.
"Bu komponentlər isə bir qalıqdır, hansı ki, bu ildən növbəti ilə demək olar ki, hər il keçirilir, bu məbləğ 140 milyon lari təşkil edəcək. Bundan əlavə, Avropa Rekosntruksiya və İnkişaf bankı tərəfindən Tbilisidə avtobusların əldə edilməsi üçün 256 milyon lari ayrılıb"-deyə İrakli Xmaladze bildirib.
Vitse-mer bəyan edib ki, 2020-ci ildə Tbilisidə həyata keçiriləcək fəaliyyətlər üçün nəzərdə tutulmuş büdcə 1 milyard 400 min lari təşkil edəcək.
1 gürcü larisi - 0.60 AZN-ə bərabərdir