2019-cu ildə Azərbaycana minik avtomobillərinin idxalı 65% artıb

2019-cu ildə Azərbaycana minik avtomobillərinin idxalı 65% artıb

43,156 min ədəd avtomobil (artım 65%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.

Rasthaber Azərbaycan xəbər verir ki, 2019-cu ildə Azərbaycana 47,71 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 65,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 43,156 min ədəd avtomobil (artım 65%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.

2019-cu ildə Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 3,78 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 64,3%) və 227 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 72%) idxal edilib.

Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 547 ədəd (artım 84,2%) motorlu nəqliyyat vasitəsi gətirilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artıb.

Xəbəri paylaş

VİDEOLAR