İsrailin HƏMAS-ı məhv etmək məqsədi illüziyadır.
Az.rasthaber.com "Axar.az"a istinadən xəbər verir ki, bu barədə 18 keçmiş səfirin “Le Mond” qəzetində nəşr olunan məqaləsində qeyd olunub.
“İsrail Qəzzada amansız olduğu qədər də mənasız, hərtərəfli müharibə strategiyasına başlayıb. HƏMAS-ın sonuna çıxmaq real məqsəddən daha çox şüardır. 2006-cı ildə İsrail artıq məlum nəticələrlə Hizbullahın kökünü kəsmək arzusunu bəyan etdi. Bu strategiya illüziyadır. Artıq beş ölümcül hərbi kampaniyanın hədəfinə çevrilmiş HƏMAS yenidən ayağa qalxmağa məcburdur. Ordu həm Qəzzada, həm də İordan çayının qərb sahilində Fələstin əhalisinin böyük bir hissəsinin dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək”, - məqalədə bildirilib.
Diplomatlar bildiriblər ki, işğalçı İsrail rejimi və HƏMAS arasında dördgünlük atəşkəsin uzadılması və davamlı atəşkəsin əldə edilməsi üçün hər şey edilməlidir.