Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.
Azərbaycan vətəndaşlarının xarici ölkələrdən vətənə gətirilməsi prosesi davam edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacağını demişdi.