150 milyon illik Karaca mağarasını 120 min turist ziyarət etdi

150 milyon illik Karaca mağarasını  120 min turist ziyarət etdi

Türkiyədə Şərqi Qaradənizin mühüm turizm mərkəzlərindən biri, təxminən 150 milyon illik keçmişə malik Karaca mağarası bu il 120 mini keçən yerli və xarici turist qəbul edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Gümüşhanenin Torul qəsəbəsinin Cebeli kəndi içində yerləşən Karaca əyrim-üyrüm yolu və tavan yüksəkliyi baxımından dünyanın sayılan-seçilən mağaralarından biridir.

  Mağara ağ rəngdə girintili-çıxıntılı sütunları, naxışlı divarları, bayraq şəkilləri, pərdə-damla daşları, mamırları, hovuzları və pillələriylə diqqəti cəlb edir.

  Hər il apreldə açılan və noyabrda bağlanan Karaca mağarasına 2018-ci ildə 108 min 344, 2019-cu ildə isə 19 min 861-i xarici olmaqla 120 min 707 adam gəlib. Bu say ötən illə müqayisədə təxminən 12 faiz artım deməkdir.

Xəbəri paylaş

VİDEOLAR