Əli Ərdəm Koral YAZARLAR
Əli Ərdəm Koral

İrana düşmən olan mömin imanını sorğulasın

İran xalqı “İslam İnqilabı”ndan əvvəl, yəni Şah dövründə də şiə məzhəbinə mənsub idi.

Amma o illərdə İran ümmət arasında parçalanmaya səbəb olan bir problem kimi görünmürdü. O dövrdə bəzi sənətçilər Türkiyədən İrana gedib konsert verirdi. Bəzi məşhurlar isə İranı özünə məkan seçmişdi. Məsələn, Cüneyt Arkın bir televiziya proqramında İranda beş il qaldığını, orada Fahrettin adından istifadə edərək filmlər çəkdiyini söyləyib. Həmçinin İrandan Türkiyəyə də sənətçilər gəlirdi. Onlardan biri də Cahangir Qəffari adlı sənətçi idi. Qəzetlərin maqazin səhifələri belə xəbərlərlə dolu idi. Yəni o illərdə məzhəb fərqlilikləri və şiəlikdən əsər-əlamət yox idi. Heç kəs İran xalqını şiə olduğu və ya məzhəb fərqliliyinə görə düşmən kimi qəbul etmirdi.

 

Bu izahatlardan sonra əsas məsələyə gələk: 11 fevral 1979-cu ildə baş tutan İslam İnqilabı ilə böyük şeytan ABŞ və sionist çətənin istismar qolları İran coğrafiyasından kəsildi. Buna dözə bilməyən imperialist ABŞ və sionist çətə, bu inqilabın digər müsəlman ölkələrdə domino təsiri yaratmaması üçün çoxşaxəli intriqalar qurdu və əsas alət kimi "məzhəb fitnəsini" işə saldı. Məqsəd müsəlman xalqların bu inqilabdan ilham almaması, hətta ona düşmən olması idi.

 

Təəssüf ki, ABŞ və sionist çətə öz məqsədlərinə xidmət edəcək tərəfdarları asanlıqla tapdı. Bir tərəfdə iman və ümmət qardaşlığından bixəbər cahil kütlə, digər tərəfdə məzhəb fanatizmi ilə çıxış edən cərəyan və camaat liderləri bu oyunda iştirak etməyə hazır oldular. ABŞ və sionist çətənin bu təbəqəni maliyyələşdirməsinə belə ehtiyac yox idi, çünki onlar könüllü şəkildə din adı altında bu düşmənçiliyi körükləyirdilər.

 

Fiqhi fərqliliklərdən istifadə edib "təkfir" silahı ilə insanları ötekiləşdirmək və fərqli düşənləri xaric etmək bu təbəqənin əsas işi oldu. Bu isə cahil kütlənin şeytani plana alət edilməsini asanlaşdırdı. Nəticədə, müsahibə və sorğular zamanı belə düşüncələrə tez-tez rast gəlinir. Xüsusilə Qəzzə dirənişinə hansı ölkələrin kömək etdiyini soruşduqda, cavab verməkdən yayınır və hətta bunu "teatr" və ya "danışılmış döyüş" adlandırırlar. Bu, həqiqətə kor və sağır olmaqdan başqa bir şey deyil.

 

Sionist çətə güclü olduğuna dair imici sarsılmasın deyə dirəniş cəbhəsindən aldığı zərbələri gizlədir, ölü sayını açıqlamır. Həmçinin, "acıtmadı ki" məcazı ilə özünü göstərməyə çalışır. Bu aldadıcı taktikalar düşmən üçün adi haldır. Amma bizim ana axın mediamızın və bəzi dini liderlərin dirəniş cəbhəsinin uğurlarını görməzlikdən gəlməsi anlaşılmazdır. Onlar İran və Hizbullahın mübarizəsini "tiyatro" adlandırır və bununla da həqiqətləri ört-basdır edirlər. Halbuki Allah Quranda belə buyurur: “Haqqı batillə örtməyin və bilə-bilə həqiqəti gizlətməyin.” (Bəqərə, 42)

 

Bu davranış "etibar sui-qəsdi" sayılır. Bu cür təhriflər və yalanlarla insanların İrana düşmənçiliyini artırmaq böyük bir günahdır. Ən acınacaqlısı isə bu cür fəaliyyətləri “din müdafiəsi” adı ilə həyata keçirmələridir.

 

Allah Təala Quranda müsəlmanları “qardaş” (Hucurat, 10) və “bir ümmət” (Ənbiya, 92) olaraq təsvir edir. Buna baxmayaraq, bəzi şəxslər məzhəb fərqlilikləri üzərindən İslam düşmənlərinə xidmət edir, müsəlmanlar arasında nifaq yaradır. Halbuki, İslamın əsas mesajı birlik və bərabərlikdir: “Hamınız Allahın ipinə möhkəm sarılın, təfriqəyə düşməyin.” (Ali-İmran, 103)

 

Müsəlmanlar olaraq bu oyuna gəlməmək üçün fərasətli olmalı və ümmət qardaşlığı şüuruna sahib olmalıyıq. Tövhid dəyərləri əsasında birlik Allah Təalanın imanla bağlı bir əmridir. Bu səbəblə məzhəbindən dolayı İrana düşmənçilik bəsləmək, onun Fələstin üçün etdiklərini görməzlikdən gəlmək və ya inkar etmək küfr və şirk kimi ağır nəticələrə səbəb ola bilər.

 

Bu düşmənçilik davranışları iman zəifliyinin göstəricisidir. Peyğəmbərimiz (s) belə buyurur: “Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız.” Müsəlmanlar həmçinin digər dinlərdən olanlarla belə yaxşı münasibətlər qurmağa təşviq edilir: “Sizinlə dininiz barədə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kimsələrlə yaxşı münasibət qurmaqda Allah sizi qadağan etmir.” (Mümtəhinə, 8)

 

O halda, necə olur ki, bir müsəlman, sırf məzhəb fərqliliyinə görə öz qardaşına düşmən olur? Bu, Allaha razı gələn bir davranış ola bilərmi? Bəzi "yarımçıq hocalar" istifadə etdikləri yalan və iftiralarla insanları İran İslam Respublikası və digər müsəlman qardaşlarına qarşı kinə təhrik edir. Lakin onlar bilmirlər ki, bu hərəkətləri ilə əslində böyük şeytan ABŞ-a və sionist çətəyə xidmət edirlər.

 

Müsəlmanlar olaraq biz bu oyunlara gəlməməli və ümmət qardaşlığı şüurunu hər şeydən üstün tutmalıyıq. İslamın birliyinə xidmət etməyən hər hansı bir düşmənçilik imanımıza zərbə vurar və bizi şirkə yaxınlaşdırar.

Vəssalam.

Xəbəri paylaş

Yazarın bütün yazıları