Az.rasthaber.com xəbər verir ki, Ziyarətgahda bayram abu-havası yaradılıb və Xanım Zeynəblə (ə) bağlı şüarlar və hədislər asılıb.
Qeyd edək ki, hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının 5-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.