Venesuelada Faciənin Miqyası Böyüyür: Ölənlərin Sayı 3 685-ə Çatdı

1 Dəq Oxuma Müddəti

Ölən və yaralananların sayı artır

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədə iyunun 24-də baş vermiş iki güclü zəlzələdən sonra son vəziyyətlə bağlı məlumat açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 3 685 nəfərə, yaralananların sayı isə 16 740 nəfərə yüksəlib.

Rodriges bildirib ki, evlərini itirən sakinlər üçün yaradılan müvəqqəti sığınacaq mərkəzlərinin sayı 87-yə çatdırılıb. Bundan əlavə, zərərçəkənlərə 9 603 tondan çox ərzaq yardımı çatdırılıb.

La Quayra əyalətində dağıntılar təmizlənir

Yerli KİV-in məlumatına görə, ən böyük dağıntılar La Quayra əyalətində qeydə alınıb.

Hazırda bölgədə dağıntıların təmizlənməsi, axtarış-xilasetmə və bərpa işləri fasiləsiz davam etdirilir. Könüllülər çadır şəhərciklərində məskunlaşan zərərçəkənlərə humanitar dəstək göstərirlər.

Zəlzələlərin gücü 7,5 maqnitudaya çatmışdı

ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin baş verdiyini açıqlamışdı.

BMT-nin İnkişaf Proqramı (UNDP) isə təbii fəlakətin birbaşa vurduğu fiziki ziyanın təxminən 6,7 milyard ABŞ dolları həcmində olduğunu qiymətləndirib.

Səlahiyyətli qurumlar axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, dağıntılar altında insanların qala biləcəyi ehtimalına görə ölən və yaralananların sayının artmasının istisna edilmədiyini bildirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş