Tramp: “Məqsədimiz müharibədə qalib gəlməkdir”
ABŞ Prezidenti Donald Tramp Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasından sonra İranla bağlı son vəziyyəti dəyərləndirib.
Tramp ABŞ üçün müharibənin uğurlu getdiyini iddia edərək bildirib ki, Vaşinqtonun əsas məqsədi qələbə qazanmaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“İrana çox sərt zərbələr endirəcəyik”
ABŞ lideri İranla qarşıdurma barədə danışarkən sərt mesaj verib.
“İrana çox sərt zərbələr endirəcəyik və onlar bir nöqtədə ‘artıq davam gətirə bilmirik’ demək məcburiyyətində qalacaqlar”, – deyə Tramp vurğulayıb.
“İranın hərbi imkanlarını böyük ölçüdə məhv etmişik”
Tramp ABŞ-nin İranın hərbi potensialına ciddi zərbə vurduğunu iddia edib.
Onun sözlərinə görə, Tehran artıq yalnız məhdud hərbi imkanlara malikdir və hazırda “çox ağır vəziyyətdədir”.
Danışıqlarla bağlı ittiham
ABŞ Prezidenti İranı danışıqlar prosesində səmimi davranmamaqda da ittiham edib.
Tramp bildirib ki, xüsusi nümayəndə Stiv Uitkoffdan zəng gözlədiyi vaxt müdafiə naziri Pit Heqset zəng edərək İordaniyadakı ABŞ bazalarından birinə İran tərəfindən beş raket atıldığını xəbər verib.
Müharibəni Vyetnam və Əfqanıstanla müqayisə etmədi
Tramp əlavə edib ki, İranla müharibə cəmi beş aydır davam edir və onu Vyetnam və ya Əfqanıstan müharibələri ilə müqayisə etmək düzgün deyil.

