“Razılaşmaya çox yaxınıq”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran yeni razılaşmanın əldə olunmasına “çox yaxın”dır.
NBC telekanalına müsahibəsində danışan Tramp qeyd edib ki, ABŞ mümkün razılaşma çərçivəsində İrana qarşı tətbiq olunan sanksiyaları və ya dondurulmuş aktivləri əvvəlcədən ləğv etməyi planlaşdırmır.
Livan məsələsinə də toxundu
Tramp açıqlamasında Livanın qısamüddətli razılaşmanın bir hissəsi olmasını tələb etmədiyini də vurğulayıb.
O bildirib ki, əsas məqsəd İranla davam edən gərginliyin azaldılması və müharibənin dayandırılmasıdır.
Uran ehtiyatları ilə bağlı açıqlama
ABŞ prezidenti deyib ki, razılaşma əldə olunacağı təqdirdə Vaşinqton və Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın çıxarılması və məhv edilməsi istiqamətində əməkdaşlıq edə bilər.
Tramp əlavə edib ki, danışıqlar uğursuz olarsa, ABŞ İran ordusuna qarşı hücumları davam etdirəcək.
ABŞ qüvvələri bölgədə qalacaq
Donald Tramp bildirib ki, yekun razılaşma əldə olunana qədər ABŞ hərbi qüvvələri bölgədə qalmağa davam edəcək.
Son həftələr ABŞ, İran və İsrail arasında qarşılıqlı açıqlamalar və regional gərginlik daha da artıb.
