Qolan Dağlarında həbs əməliyyatı
İsrail işğalçı qüvvələri ötən gecə Suriyanın Qolan Dağlarında Masəda və Məcdəl Şəməs kəndlərindən iki şəxsi həbs edib. Həbs səbəbi kimi onların İsrail hərbi texnikasına od vurması və yerli sakinlərin ərazilərində həyata keçirilən “İsrail Enerji Turbinləri” layihəsini dayandırmağa çalışmaları göstərilib.
Son həftədə həbs edilənlərin sayı
Son bir həftə ərzində işğal altındakı Qolan Dağlarında druz icmasından 9 gənc və din xadimi həbs edilib. Onlardan 3 nəfəri enerji turbinlərinə müdaxilə cəhdindən əvvəl polis tərəfindən tutulmuşdu.
İsrail məhkəməsi həmin 3 şəxsi ev həbsinə göndərib, digərlərinin isə tutulma müddətinin uzadılması barədə qərar bu gün Təbəriyə məhkəməsində müzakirə olunacaq.
Qolan Dağlarında genişləndirilmiş yəhudi məskunlaşma planı
Son dövrlərdə işğalçı rejimin qondarma hökumətinin Qolan Dağlarında məskunlaşmanı genişləndirmək üçün yüz milyonlarla dollarlıq plan hazırladığını açıqlayıb.
Sionist rejim bu plan çərçivəsində “Kətserin” məhəlləsini bölgənin ilk şəhərinə çevirməyi və minlərlə yəhudi sakini əraziyə yerləşdirməyi nəzərdə tutur. Planın ümumi dəyəri təxminən bir milyard İsrail şekeli olaraq qiymətləndirilir.

