Sionist rejimin qondarma hökumətindən sərt qərar
İşğalçı rejimin təhlükəsizlik naziri İsrael Kats işğal altındakı İordan çayının qərb sahilində “məhbusların edamı” qanununun tətbiqinə başlanması barədə göstəriş verib.
Qanun daha əvvəl milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən irəli sürülmüş və sionist rejimin qondarma parlamentində qəbul edilmişdi. Yeni qərarla sionsitrejimin hərbi məhkəmələrinə müəyyən hallarda fələstinlilər barədə ölüm hökmü çıxarmaq səlahiyyəti verilir.
Hərbi məhkəmələrə geniş səlahiyyət verilir
Qanuna əsasən, işğalçı yəhudilərin ölümünə səbəb olmaqda ittiham edilən və sağ ələ keçirilən fələstinlilər barədə ölüm hökmü tətbiq oluna bilər.
İşğalçı rejim mediası bunu 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra ölkənin təhlükəsizlik siyasətində ciddi dəyişiklik kimi qiymətləndirib.
Qərb sahilində təhlükəsizlik təlimatları dəyişdirilir
İsrael Kats sionist rejim ordusuna təhlükəsizlik təlimatlarını yeniləməyi də tapşırıb.
Yeni qaydalar edam icrasına imkan verir
Dəyişikliklər işğal altındakı Qərb sahilində ölüm hökmünün icrasını hüquqi baxımdan mümkün etməyə yönəlib.
Sionist rejimin qatil Baş naziri Benyamin Netanyahu, İsrael Kats və İtamar Ben-Qvir qərarı dəstəkləyərək bildiriblər ki, İsrail artıq hücumlara qarşı “təhlükəni qəbul edən siyasət” yürütməyəcək.
“Edam qanunu”nda nələr nəzərdə tutulur?
Sionist rejim parlamenti bu qanunu martın 30-da ikinci və üçüncü oxunuşda qəbul edib.
Edam hökmü üçün yekdillik tələb olunmur
Qanuna görə, ölüm hökmünün çıxarılması üçün hakimlərin yekdil qərarı tələb edilmir. Hökm sionist rejim həbsxana xidməti tərəfindən icra olunmalı və qərarın təsdiqindən sonra 90 gün ərzində həyata keçirilməlidir.
Sənəddə ölüm hökmünün işğal altındakı Qərb sahilində əsas cəza forması kimi tətbiq olunacağı qeyd edilir.
Baş nazirə hökmü təxirə salmaq hüququ verilir
Qanunda sionist rejim baş nazirinə xüsusi səlahiyyət də tanınır.
Təxirəsalma müddəti 180 günlə məhdudlaşır
Baş nazir “xüsusi hallar” zamanı məhkəməyə müraciət edərək edam hökmünün icrasını təxirə sala bilər. Lakin ümumi gecikmə müddəti 180 gündən artıq ola bilməz.
Qərar beynəlxalq reaksiyalar doğura bilər
Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların bu qərara sərt reaksiya verə biləcəyi gözlənilir.
İnsan haqları ilə bağlı narahatlıq artır
Ekspertlər hesab edirlər ki, ölüm hökmünün tətbiqi bölgədə gərginliyi daha da yüksəldə və beynəlxalq hüquq baxımından yeni mübahisələr yarada bilər.
Fələstin tərəfi isə qərarı siyasi və təhlükəli addım kimi qiymətləndirir.
