Sionist Rejim Cinayətlərinə Süni İntellekt və Alqoritmaları da Cəlb Edir

4 Dəq Oxuma Müddəti

Rəqəmsal müstəvi yeni müharibə cəbhəsi kimi

Sızdırılan sənədlər sionist rejim hökumətinin Qəzzada davam edən hücumlara görə beynəlxalq aləmdə artan təzyiqləri azaltmaq məqsədilə rəqəmsal mühiti yeni bir müharibə cəbhəsinə çevirdiyini göstərir. Məlumata görə, bu strategiya süni intellekt, sosial media platformaları və axtarış sistemlərinin alqoritmləri vasitəsilə ictimai rəyin yönləndirilməsini hədəfləyir.

Sənədlər sionist rejimin informasiya istehsalından tutmuş, onun istifadəçilərə çatdırılma mexanizmlərinədək bütün mərhələlərə təsir göstərməyə çalışdığını ortaya qoyur. Məqsəd Qəzzada baş verən humanitar fəlakətin miqyasını kölgədə qoymaq və dövlət siyasətini legitim göstərən narrativ formalaşdırmaqdır.

6 milyon dollarlıq müqavilə və Z nəsli hədəfi

Bu çərçivədə sionist rejim ABŞ-da fəaliyyət göstərən və mühafizəkar dairələrlə əlaqəli Clock Tower X adlı şirkətlə 6 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən hazırlanacaq məzmunların azı 80 faizi xüsusilə Z nəslinə yönələcək.

Planlaşdırılan kampaniya TikTok, Instagram, YouTube, podkastlar və digər rəqəmsal kanallar üzərindən ayda minimum 50 milyon baxış əldə etməyi hədəfləyir. Bu məzmunlar vasitəsilə sionist rejimin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların mahiyyəti təhrif olunmuş formada təqdim ediləcək.

Süni intellektə təsir cəhdi: ChatGPT hədəfdə

Müqavilədə yer alan bəndlər sionist rejimin yalnız sosial şəbəkələrlə kifayətlənmədiyini, eyni zamanda süni intellekt sistemlərinin məlumat təqdimetmə mexanizmlərinə də təsir göstərməyə çalışdığını üzə çıxarır. Clock Tower X “GPT dialoqlarında çərçivələnmiş nəticələr yaratmaq” üçün xüsusi veb-saytlar və məzmun şəbəkələri qurmağı öhdəsinə götürüb.

Bu yanaşma OpenAI tərəfindən hazırlanmış ChatGPT kimi böyük dil modellərinin internetdə mövcud məlumatlardan qidalanma prinsiplərindən istifadə edərək, İsrailin maraqlarına uyğun cavabların formalaşdırılmasını hədəfləyir. Nəticədə istifadəçilərin verdiyi suallara təqdim olunan məlumatların konteksti qəsdən dəyişdirilə bilər.

Google və Bing üçün alqoritm manipulyasiyası

Clock Tower X eyni zamanda axtarış sistemlərinin iş prinsiplərini təhlil edən MarketBrew AI proqram təminatından istifadə etməyi planlaşdırır. Məqsəd İsrail tərəfdarı məzmunların GoogleBing platformalarında daha görünən mövqelərə çıxarılmasıdır.

Bu üsulla Qəzzada baş verən hücumlar və humanitar böhranla bağlı məlumat axtaran istifadəçilərin qarşısına sionist rejimin nəzarətində olan və reallığı təhrif edən məzmunların çıxarılması nəzərdə tutulur.

ABŞ mediası və siyasi fiqurların rolu

Qavrayış müharibəsinin digər mühüm istiqaməti ABŞ mediasıdır. Kampaniya Salem Media Network üzərindən də yayılacaq. Bu media şəbəkəsi geniş auditoriyaya malik proqramlarla tanınır və ictimai rəyə təsir imkanlarına sahibdir.

Prosesin mərkəzində isə Brad Parscale dayanır. O, 2016-cı il ABŞ prezident seçkilərində qalmaqallı Cambridge Analytica şirkəti ilə əlaqəli mikro-hədəfləmə strategiyalarının əsas fiqurlarından biri kimi tanınır. Parscale hazırda həm Clock Tower X-in rəhbəri, həm də Salem Media Group-un strategiya direktorudur.

“Antisemitizmlə mübarizə” adı altında fəaliyyət

Clock Tower X ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində təqdim etdiyi sənədlərdə bu fəaliyyəti “antisemitizmlə mübarizə kampaniyası” kimi təqdim edir. Lakin sızan materiallar göstərir ki, əsas məqsəd Qəzzada həyata keçirilən hücumları əsaslandırmaq və İsrailin dövlət siyasətini legitim göstərməkdir.

Sionist rejim tərəfdən layihənin rəsmi əlaqələndiricisi sionist rejimin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Eran Shayovich kimi göstərilir. Onun rəhbərlik etdiyi “Project 545” təşəbbüsü sionist rejimin strateji kommunikasiya və ictimai diplomatiya imkanlarını qlobal miqyasda gücləndirməyi hədəfləyir.

Gənclər arasında dəstək azalır, təbliğat güclənir

Bu qavrayış müharibəsinin arxasında sionist rejimin xüsusilə gənclər arasında sürətlə artan legitimlik itkisi dayanır. Müxtəlif sorğular ABŞ ictimaiyyətində Sionist rejimin Qəzzadakı hərbi əməliyyatlarına dəstəyin ciddi şəkildə azaldığını göstərir. Bu reallıq fonunda sionist rejim rəhbərliyi rəqəmsal platformalara və texnoloji manipulyasiya üsullarına daha çox yatırım edir.

Sionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahu-nun sözləri bu strategiyanı açıq şəkildə ifadə edir: “Ən mühüm silahlar bu gün sosial mediada yerləşir.”

Qəzzada uşaqlar bombardman və aclıq altında həyatını itirərkən, sionist rejim hökumətinin milyonlarla dolları reallığı dəyişdirmək və qlobal qavrayışı yönləndirmək üçün xərcləməsi beynəlxalq miqyasda ciddi mübahisələr doğurur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş