“Şəki Yaylası”nda kanat qırılıb
Şəki rayonunda yerləşən “Şəki Yaylası” istirahət mərkəzində faciəvi hadisə baş verib.
Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə istirahət mərkəzində baş vermiş hadisə ilə əlaqədar çağırış daxil olub.
TƏBİB-in Xitab24.az-a verdiyi məlumata görə, çağırış qeydə alındıqdan sonra hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
İki kişinin öldüyü müəyyənləşdirilib
Hadisə yerinə çatan təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin ölüm faktı qeydə alınıb.
TƏBİB-in məlumatına əsasən, həyatını itirən şəxslərin hər ikisi kişidir.
Təcili tibbi yardım briqadası onların həkiməqədər ölüm faktını qeydə alıb.
İlkin səbəb kanatın qırılmasıdır
Hadisənin başvermə səbəbi ilə bağlı ilkin məlumat da açıqlanıb.
İlkin məlumata görə, iki nəfərin ölümü “Şəki Yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verib.
