Qalibafdan ABŞ-yə Sərt Mesaj: “Təzyiqlə Geri Addım Atdırmaq Dövrü Bitib”

2 Dəq Oxuma Müddəti

Qalibaf ABŞ-ni razılaşmanı pozmaqda ittiham etdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ni tərəflər arasında əldə olunmuş 14 maddəlik memorandumun müddəalarını pozmaqda ittiham edib.

Qalibaf bildirib ki, Vaşinqtonun son addımları əldə olunan razılaşmaya ziddir və İrana qarşı təzyiq siyasətinin davam etdirilməsi heç bir nəticə verməyəcək.

“Təzyiqlə güzəşt əldə etmək mümkün deyil”

İranlı siyasətçi vurğulayıb ki, ABŞ-nin hədə-qorxu və hərbi təzyiq yolu ilə İrandan güzəşt qoparmaq cəhdləri artıq effektiv deyil.

“Zorakılıq və təzyiqlə güzəşt almaq dövrü başa çatıb. Bu üsul nəticə verməyəcək. Biz geri addım atmayacağıq”, – deyə Qalibaf bildirib.

ABŞ-yə qarşı yeni ittihamlar

Qalibaf açıqlamasında iddia edib ki, ABŞ İranın Hörmüz boğazı ilə bağlı müəyyən etdiyi qaydaları pozub, hərbi təhdidlərini davam etdirib və ölkənin cənubundakı Sirik və Bəndər-Abbas şəhərlərinə hücumlar təşkil edib.

O, həmçinin Vaşinqtonun İran neftinə qarşı sanksiyaları yenidən qüvvəyə mindirdiyini və İsrailin Livana hücumlarının davam etdiyini qeyd edib.

Regionda qarşılıqlı hücumlar davam edir

ABŞ daha əvvəl İranın Hörmüz boğazı yaxınlığındakı Sirik və Bəndər-Abbas şəhərlərinə zərbələr endirdiyini açıqlamışdı.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq 80-dən çox hərbi obyektin vurulduğunu bildirmişdi.

Buna cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin hücumlarına cavab məqsədilə Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi bazasını hədəfə aldıqlarını açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş